“İslahatçı Gənclər” 20 yanvar şəhidlərini andı: Şəhidlər Xiyabanı ziyarət edildi, onlayn konfrans keçirildi – FOTO

“İslahatçı Gənclər” 20 yanvar şəhidlərini andı: Şəhidlər Xiyabanı ziyarət edildi, onlayn konfrans keçirildi – FOTObackend

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “İslahatçı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 20 yanvar faciəsinin 31-ci ildönümünə həsr edilmiş “20 yanvar – qanlı gecə” adlı onlayn konfrans keçirilib.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri Nərminə Yunusova, Azxeber.com İnformasiya Portalının baş redaktoru Hacıbəy Heydərli, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Xaçmaz nümayəndəliyinin direktoru, Vətən Müharibəsinin iştirakçısı Rəsul Həşimov, Nərimanov Bələdiyyəsinin sədr müavini Vüsal Cəfərli, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının əməkdaşı Şəfiqə Hənifəyeva, “Odlar Yurdu” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Gülbəniz Cəfərova, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəşid Məmmədov iştirak edərək çıxış ediblər.

Onlayn konfransda çıxış edənlər Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi bu qətliamın Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı döyüş hissələrinin yeridilməsi nəticəsində baş verdiyini qeyd ediblər. Bildirilib ki, 31 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü anır, şəhidlərin xatirəsini əziz tutur. Natiqlər milli azadlığı, ölkənin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini bildirdilər. Onlar, həmçinin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin həmin günlərdə xalqın yanında olmasını, ölkəmizin Moskvada nümayəndəliyindəki çıxışını, daha sonralar Azərbaycan Prezidenti kimi bu günə xüsusi status verməsini, Cənab Prezident İlham Əliyevin də bu yola sadiq qalmasını xüsusi qeyd ediblər.

“İslahatçı Gənclər” İctimai Birliyinin bir qrup üzvü daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək, 20 yanvar şəhidlərini anıblar. Ziyarətdə birliyin üzvü olan Vətən müharibəsi qaziləri və iştirakçıları iştirak edib.

busaat 85c2560301bfccb4856eb0619ceb5ff4 bixt27mkfl85phuc1e4n busaat 5e74f437195a685d9d1493a99cc1a546 akepgw94qsifrl2x7n0u busaat 06ec210ef6d498a40cd6c38041c96c2a u1i3hymazf8qnwtej754 busaat 540d767ee2cf29200db91278ff3033b4 zl02hrytucgi54j1swb7 busaat 16328cf5efe4d62804108ecdb066e248 tbfzmio32vekncs71ral busaat e5e0b08c873ccb0bf391f722e5a5f91e t8fhu0m4l1pixav7reyn busaat 8a2fcff202f642c0a903e591e2e5e730 e8bwthxyvz2u569iorf3 busaat 06ec210ef6d498a40cd6c38041c96c2a io3q81yu4kz6nhma5r7f busaat 004b58eba7c0c43fc5010a8e1a5d84e4 95s06umye3cj47bzwqor


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki