Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft91.49 $▲0.07%
  • WTI neft85.68 $▲0.01%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.220 $▲0.22%
  • Qızıl4 129 $▲0.09%
  • Gümüş53.00 $▼0.46%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda590.25 ¢▲0.25%
  • Bitcoin74 694 $▼0.75%
  • Ethereum2 117 $▼0.70%
  • S&P 5007 550▲2.37%
9°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

İsraildəki amerikalılar üçün təxliyə prosesi başladılıb

image-b50bcc4d-de57-41a6-bea1-0aad6d71b194jpeg-1750271114
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ İsraildən Amerika vətəndaşlarının könüllü təxliyəsini təşkil edir.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi “X” sosial şəbəkəsində yazıb.

“İsraili tərk etmək istəyən ABŞ vətəndaşlarına müraciət edirəm: ABŞ-nin İsraildəki səfirliyi təxliyə ilə bağlı bütün uçuşların üzərində işləyir”, – o yazıb.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu “Yüksələn Aslan” adlı genişmiqyaslı əməliyyata başlayıb. Bu əməliyyat çərçivəsində Hərbi Hava Qüvvələri hərbi obyektlərə və İranın nüvə proqramının obyektlərinə zərbələr endirir.

İsrail Hərbi Hava Qüvvələri İranın müxtəlif bölgələrində, o cümlədən Tehranda bir neçə dəfə hücumlar həyata keçirib və burada İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri də daxil olmaqla bir neçə yüksək rütbəli iranlı hərbçi, həmçinin bir sıra nüvə alimləri həlak olub. Ölkədəki bir neçə nüvə obyekti, o cümlədən Natanz və Fordoda, həmçinin İranın ölkənin müxtəlif bölgələrindəki hərbi mövqeləri də vurulub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=168523