Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft90.68 $▼0.82%
  • WTI neft85.09 $▼0.68%
  • Avropa qazı (TTF)82.30 €▼0.04%
  • Təbii qaz (ABŞ)3.229 $▲0.50%
  • Qızıl4 126 $▲0.03%
  • Gümüş52.92 $▼0.62%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda590.50 ¢▲0.30%
  • Bitcoin74 651 $▼0.81%
  • Ethereum2 110 $▼1.03%
  • S&P 5007 550▲2.37%
9°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

İsrailə bu bomba lazımdır: Yalnız ABŞ-də var...

image-img_6936
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yalnız ABŞ-də olan GBU-57A/B superağır bomba İsrailə İranın Fordodakı yeraltı nüvə obyektini məhv etmək üçün lazımdır.

Busaat.az xəbər verir ki, bu barədə “Nyu York Post” mənbələrə istinadla məlumat yayıb.

“ABŞ həm təyyarəyə, həm də sursata nəzarət edir. Bu Amerika bombardmançısı və Amerika bombası olacaq”, – məlumatda qeyd olunub.

Fordodakı nüvə obyekti dağın təxminən 90 metr dərinliyində yerləşir və onun məhv edilməsi üçün böyük dərinliklərdəki hədəfləri vura bilən bombalar tələb olunur.

Qeyd edək ki, “Boinq” şirkəti tərəfindən istehsal olunan GBU-57A/B superağır bombası partlamadan öncə yerin 61 metr dərinliyinə, yaxud 19 metrə qədər dəmir-betona nüfuz etməyə qadirdir.

15 ton ağırlığı olan bombanın 1 ədədinin qiyməti 500 milyon dollardır. Bu bombalar yalnız ABŞ-ın “B-2 Spirit” strateji bombardmançıları tərəfindən daşına bilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=168462