Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft96.11 $▲1.45%
  • WTI neft88.95 $▲1.18%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.136 $▼0.73%
  • Qızıl3 866 $▼0.17%
  • Gümüş47.57 $▲0.14%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda586.50 ¢▼0.17%
  • Bitcoin64 456 $▼1.32%
  • Ethereum1 811 $▼1.27%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

İŞSİZLƏRİN NƏZƏRİNƏ: bu xidmətlər ödənişsiz olacaq

image-resize-33
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə əsasən heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2025-ci ilədək icbari tibbi sığortanın xidmətlərindən ödənişsiz istifadə edə biləcəklər. Həmin şəxslərin icbari tibbi sığorta haqlarını dövlət ödəyir.

Busaat.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

“Eyni zamanda, qanun layihəsinə əsasən, icbari tibbi sığortada müştərək maliyyələşmə məbləğinin tətbiqinin 2025-ci ilədək təxirə salınması təklif edilib. Qeyd edim ki, müştərək maliyyələşmə məbləği ambulator və stasionar tibbi yardım xidmətləri üzrə müraciət zamanı göndəriş prosesi pozulduğu hallarda tətbiq olunması nəzərdə tutulur.

Əlavə olaraq, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsinin daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi təklif olunub. 2024-cü il 1 yanvar tarixinə qədər olan möhlətin 2027-ci il 1 yanvar tarixinədək artırılması “Vergi Məsəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi”ndə nəzərdə tutulub. Sözügedən layihə hazırda Milli Məclisdə ikinci oxunuşdadır”, – o vurğulayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=128609