İsveç və Finlandiya 2023-cü ilin sonuna kimi NATO üzvü olacaq – Stoltenberq

image-stoltenberqbackend

İsveç və Finlandiya 2023-cü ilin sonuna kimi NATO-ya üzv olacaqlar.

Busaat.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Stoltenberqin sözlərinə görə, o, ratifikasiya prosesinin vaxtında başa çatacağına tam əmindir. Alyans rəhbəri dəqiq bir vaxt söyləməsə də, açıq şəkildə bildirib ki, Türkiyənin prosesi əngəlləməsi müzakirə mövzusu deyil və üzvlük protokollarını ratifikasiya etməsi çox çəkməyəcək.

Qeyd edək ki, bundan əvvəl İsveçin xarici işlər naziri Tobias Billström dekabrın 21-22-də Ankaraya səfər edərək Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki