İsveçdə maraqlı arxeoloji kəşf: 17-ci əsrə aid döyüş gəmisi tapıldı

image-13293215920998376031backend

 İsveçdə tədqiqatçılar 1628-ci ildə Stokholm yaxınlığında batmış bir gəmi tapıblar.

Busaat.az xəbər verir ki, tədqiqatçılar yeni kəşflə İsveçin gəmiqayırma sahəsində inkişafı haqqında daha çox məlumat əldə edə biləcəklərini bildirib.

Yeni tapıntının Äpplet (Applet) adlı gəmi olduğu qeyd edilib. Applet 1629-cu ildə suya buraxılan və ilk səyahətində batan 64 top daşıyan, eləcə də 69 metr uzunluğa malik Vasa adlı gəmi ilə bir çox eyniliklərə sahibdir. Tədqiqatçılar iddia edir ki, hər iki gəmi eyni istehsalçı tərəfindən hazırlanıb.

Məlumatına görə, nəhəng gəmi 2021-ci ilin dekabrında Stokholm yaxınlığındakı adada, Vaxholm boğazında aşkar edilib. 2022-ci ilin yazında daha geniş araşdırma aparılıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90