Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft104.37 $▼0.88%
  • WTI neft96.72 $▼0.37%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.899 $▲0.52%
  • Qızıl3 931 $▼0.04%
  • Gümüş49.61 $▲0.02%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda598.75 ¢▼1.07%
  • Bitcoin77 748 $▲1.40%
  • Ethereum2 287 $▲1.67%
  • S&P 5007 565▲0.30%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Dünya

İtaliyada kütləvi yoxsulluq halları artır

image-italyada_yoksulluk_artiyor_h10144
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İtaliyada Covid-19 epidemiyasının təsiri ilə 2021-ci ildə mütləq yoxsulluq içində yaşayan ailələrin sayının 1 milyon 960 minə çatdığı və bu sayın təxminən 5 milyon 571 min insan sayına uyğun gəldiyi ifadə edilib.

Busaat.az xəbər verir ki, bu barədə Roma mərkəzli katolik xeyriyyə təşkilatı Caritas tərəfindən paylaşılan “Ən Zəif Halqa” adlı yoxsulluq hesabatında məlumat verilib.

Bunun ölkədə daimi əhalinin 9,4 faizinə bərabər olduğuna diqqət çəkən hesabatda qeyd olunub ki, mütləq yoxsulluqdan əziyyət çəkənlər arasında 1,4 milyon nəfər 18 yaşa qədər olan azyaşlılardır.

Hesabatda yoxsulluğun ən çox qeydə alındığı yerlərin ölkənin cənub bölgələri olduğu vurğulanıb.

İtaliya Yepiskoplar Konfransının (CEI) prezidenti Kardinal Matteo Zuppi Caritas təşkilatının hesabatını şərh bel şərh edib: “Təxminən 6 milyon insan mütləq yoxsulluq içindədir. Bu həyəcanverici hesabat bizə çətin həftələr və ayları şüurlu şəkildə keçirməyə kömək etməlidir. İndi həmrəy olmalıyıq. Söhbət proqnozlardan yox, məlumatlardan gedir. Enerji böhranı və xərclərin artması ifrat yoxsulluq hallarını artıracaq. Ona görə də biz daha da qətiyyətli olmalıyıq”.

İtaliya mətbuatında mövzu ilə bağlı xəbərlərdə Rusiya-Ukrayna müharibəsi və yüksək enerji xərclərinin italyanların yoxsulluq nisbətini daha da artırma riski daşıdığı ifadə edilib.

“İl Messaggero” qəzetinin xəbərinə görə, bir çox italiyalının elektrik və qaz pulunu ödəyə bilmədiyi bildirilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=87882