Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.74 $▲0.12%
  • WTI neft88.19 $▼0.07%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.275 $▼1.71%
  • Qızıl3 896 $▼0.54%
  • Gümüş49.90 $▼0.69%
  • Pambıq78.95 ¢▲0.52%
  • Buğda595.00 ¢▲0.63%
  • Bitcoin69 254 $▼2.97%
  • Ethereum1 956 $▼3.05%
  • S&P 5007 592▼0.33%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

İTV-dən İlqar Mikayıloğlunun sözləri ilə bağlı AÇIQLAMA

image-itvilqar
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İyunun 12-də İTV-nin efirində yayımlanan Belçika-Rusiya matçında şərhçi İlqar Mikayıloğlunun Rusiya yığmasına xitabən guya “bizimkilər” ifadəsi işlətməsi barədə sosial şəbəkələrdə məlumatlar yayılır.

Busaat.az xəbər verir ki, İTV məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Biz bu məlumatları yazan, paylaşan bütün şəxslərdən həmin hissəni İTV-ə göndərməyi xahiş etmişdik. Bu sözü tapana hədiyyə də vəd etmişdik. Lakin bu sözü tapa bilməyənlər İlqarın başqa ifadəsini tirajlamağa başlayıblar. Şərhçinin masanın üzərindəki kağızlara baxaraq Rusiya komandasının əvəzedici heyəti ilə bağlı ardıcıl dediyi “kimimiz var hücumçulardan” (23.42.35) və “ehtiyatda yarımmüdafiədə kimlərimiz var orda” (23.42.46) ifadəsini “bizimkilər” kimi yozmağa çalışırlar. Şərhçi iş masasının üzərindəki hər hansı predmeti özününkü hesab etdiyindən “topumuz”, “qələmimiz”, “fincanımız”, “siyahımız”, yaxud da “siyahıda kimlərlərimiz var” ifadəsini də rahatlıqla işlədə bilər. Burdakı mənsubiyyət şəkilçisi həmin komandaya deyil, əlbəttə ki, iş masasındakı predmetə aiddir. Şərhçi “kimimiz var” ifadəsindən istifadə edəndə komandanı deyil, siyahını nəzərdə tutur. Vədimiz isə qüvvəsindədir – şərhdə “bizimkilər” sözünü tapın, gəlin hədiyyənizi aparın.
Tövsiyyəmiz də var: Bir fincan qəhvə və ya bir stəkan çay götürüb İctimai TV-də futbola baxın, idmandan zövq alın! Biz sizin üçün işləyirik, çünki bizimkilər sizsiniz. Bizə sarı gəlin!”

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=49631