İvan Rakitiç futbolla vidalaşdı

image-e7c81f01-3811-4f2f-83dc-6a0ef0189e2bjpeg-1747677038backend

Xorvatiyalı yarımmüdafiəçi İvan Rakitiç peşəkar futbolçu karyerasını bitirib.

Busaat.az fanat-a istinadən xəbər verir ki, o, 37 yaşında butslarını mıxdan asmaq qərarına gəlib.

Rakitiçin son iş yeri bu mövsüm formasını geyindiyi Xorvatiya “Hayduk”u olub.

Sözügedən futbolçu “Barselona” ilə 4 dəfə La Liqanın, İspaniya Kubokunun və Çempionlar Liqasının qalibi adını qazanıb. Yığmanın heyətində DÇ-2018-in gümüş medalını əldə edən İvan “Sevilya”nın sıralarında 2 dəfə Avropa Liqasının kubokunu başı üzərinə qaldırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki