Jalə Əhmədova: “COP29 beynəlxalq konfransının Azərbaycanda keçirilməsi ölkəmizə növbəti böyük etimadının göstəricisidir”

image-83a08a0b-fe4e-466f-a6b8-29b377c232b7backend

Prezident İlham Əliyev bir neçə gün əvvəl dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə çıxışında bu qərarı Azərbaycana növbəti dəfə göstərilmiş böyük etimad kimi dəyərləndirdi.

Dövlət başçımız bildirdi ki, bununla ölkəmiz növbəti böyük uğura imza atmışdır. COP29 beynəlxalq konfransının Azərbaycanda, Bakıda keçirilməsinə dair qərar qəbul olunması Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilməsinin təzahürüdür.
Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi dünyada bizə olan hörməti daha da artırıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsinin böyük siyasi əhəmiyyəti var. Belə ki, bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror tədbirlərindən iki ay yarım sonra qəbul olunmuş və beləliklə də bütün dünya ictimaiyyəti bir daha Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur.
Qeyd etmək lazımdır ki, antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini təmin etmişdir. Lakin bəzi Qərb ölkələri, onların arasında ənənəvi olaraq Fransa da Azərbaycanın Qələbəsi ilə barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir.
Onu da qeyd etmək lazımdır ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunları zamanı Azərbaycana 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdi. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək. İki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Ehtimallara görə, təqribən 70-80 min xarici qonaq tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər edəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90