
Jirinovski xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski xəstəxanaya yerləşdirilib.
Busaat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, siyasətçi Moskvada Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Jirinovskinin səhhətindəki problemin nədən ibarət olduğu açıqlanmayıb.
***
“TASS”ın siyasi dairələrdəki mənbələrinə istinadən verdiyi məlumata görə, Jirinovski artıq bir neçə gündür ki, Mərkəzi Klinik Xəstəxanadadır. 75 yaşlı siyasətçinin vəziyyəti ağır olaraq qiymətləndirilir.























