Məzmuna keç
  • Brent neft104.33 $▼0.92%
  • WTI neft96.74 $▼0.35%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.895 $▲0.38%
  • Qızıl3 938 $▲0.13%
  • Gümüş49.74 $▲0.29%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda598.75 ¢▼1.07%
  • Bitcoin77 709 $▲1.35%
  • Ethereum2 283 $▲1.47%
  • S&P 5007 569▲0.35%
15°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Dünya

Jurnalistin sualından əsəbiləşən Pompeo onu “söhbətə” çağırdı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ-ın dövlət katibi Mayk Pompeo NPR-ə müsahibəsində Ukrayna ilə bağlı sual verən aparıcı Meri Luiz Kelliyə qəzəblənib və onu “söhbətə” çağırıb.

Bu barədə Lenta.ru xəbər yayıb.

Müsahibə əsnasında jurnalist söhbətin mövzusunu dəyişdirmək istəyib və soruşub ki, “ABŞ-ın Kiyevdəki keçmiş səfiri Mari Yovanoviçdən üzr istəməsi lazımdırmı?”. Buna cavab olaraq Pompeo İran haqqında danışmağa gəldiyini deyib.

“Mən bu administrasiyanın mövcud olduğu üç il ərzində Ukraynaya münasibətdə siyasətimizin nə olduğunu bilirəm. Gördüyümüz işlərdən qürur duyuram”, – deyə dövlət katibi vurğulayıb.

Ukrayna ilə bağlı suallardan sonra müsahibə başa çatıb. Pompeo ayağa qalxıb, əyilib və bir neçə saniyə Kelliyə səssizcə baxıb.

Bir müddət sonra aparıcı dövlət katibi ilə “söhbətə” çağrılıb.

Məlumata görə, burada Pompeo Ukrayna barədə suala görə aparıcı ilə mübahisə edib və soruşub ki, onun fikrincə, həqiqətənmi, amerikalılara bu maraqlıdır?

Bundan əvvəl Prezident Donald Trampın şəxsi vəkili Rudolf Culiani, milyarder maliyyəçi Corc Sorosun ABŞ-ın Ukraynadakı dörd səfirinin təyin edilməsinə və işinə təsir etdiyini bildirmişdi.

Onun sözlərinə görə, maliyyəçi xüsusilə Tramp tərəfindən qeyri-loyallığına görə işindən uzaqlaşdırılan səfir Mari Yovanoviçə “nəzarət edib”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=2673