Kadirov Dağıstan hücumlarını şərh etdi: Müxtəlif dinlərin…

image-kadirovbackend

Dağıstanda pravoslav kilsəsi və məscidə edilən terror aktları müxtəlif dinlərin nümayəndələri arasında nifaq salmaq cəhdi ola bilər.

Busaat.az xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov “Telegram” bildirib

“Terrorçular bir daha əsl alçaq və qorxaq mahiyyətlərini nümayiş etdirdilər. Eyni zamanda, həmişə olduğu kimi, silahsız və müdafiəsiz insanları qurban seçiblər. Son qorxaqlar kimi xəstə qoca keşişi öldürdülər. Baş verənlər iyrənc təxribat və dinlər arasında ixtilaf salmaq cəhdi kimi görünür”, – yazıda deyilir.

Respublika rəhbəri ümidvar olduğunu bildirib ki, polis hadisədə iştirak edən hər kəsi tapacaq və onları layiqli cəzasını çəkməyə məcbur edəcək.

Kadırov həmçinin bütün çeçen xalqı və şəxsən öz adından terror aktlarında həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki