Busaat.az xəbər verir ki, Kanadanın Toronto hava limanına eniş edən “Delta Airlines” sərnişin təyyarəsi qəzaya uğrayıb.
Nəticədə azı 18 nəfər xəsarət alıb. Təyyarənin göyərtəsində 76 sərnişinin olduğu bildirilir.
Məlumata görə, qəzanın baş verdiyi “Pearson” Beynəlxalq Hava Limanında uçuş-enmə zolaqları bağlıdır. Təyyarə ABŞ-nin Minneapolis şəhərindən uçurdu. Hazırda təyyarənin qəzaya uğramasının səbəblərini müəyyən etmək üçün araşdırma aparılır.