Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.31 $▲0.60%
  • WTI neft88.34 $▲0.49%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.154 $▼0.16%
  • Qızıl3 871 $▼0.04%
  • Gümüş47.40 $▼0.22%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda587.25 ¢▼0.04%
  • Bitcoin64 640 $▼1.03%
  • Ethereum1 814 $▼1.15%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Kriminal

Kanaldan meyiti tapılan şəxs görün kim imiş

image-1681151079_kanalll-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Biləsuvar rayonunda Cənubi-Muğan kanalında tapılan qadın meyitinin Mingəçevir sakininə məxsus olması ehtimal edilir.

Busaat.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, 1956-cı il təvəllüdlü Zeynəb Səbzəliyeva keçən ilin avqust ayında Yuxarı Qarabağ kanalında batıb.

Məhz Biləsuvar rayonunda Arazbarı kəndi yaxınlığında kanalda tapılan meyitin ona aid olması ehtimal edilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Meyitin şəxsiyyəti genetik ekspertizadan sonra bilinəcək.

Qeyd edək ki, aprelin 8-də saat 09 radələrində Biləsuvar rayonun Arazbarı kəndi ərazisindən keçən su kanalında çürümüş insan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qadın cinsli meyitin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

Zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə qeyd olunan ərazidə yaşayan, qadın cinsli itkin düşmüş yaxınları olan şəxslərdən Baş Prokurorluğun “961” nömrəli Çağrı Mərkəzi, (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələri xahiş olunur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106434