Kapital Bankdan vətəndaşa hörmətsizlik: “Başqasının kartını icazəsiz qırıb atmaq nə dərəcədə doğrudur?!” – Şikayət

image-1602171backend

“Kapital bank mənə belə ziyan vurdu. Gör indi öz müştərilərinə nə çəkdirir”.

Busaat.az xəbər verir ki, paytaxt Bakıya tətil üçün gələn vətəndaş Kapital Bank tərəfindən hörmətsizliklə üzləşib. Maraqlısı isə budur ki, vətəndaşın icazəsi olmadan bank əməkdaşı onun kartını qıraraq atıb:

“Kapital bank müştərisi deyil. Ümumən Azərbaycanda yaşamıram. Sadəcə Bakıya tətilə gəlmişəm. Kapital bankın ödəniş terminalına xarici kartımı (N26 bank) daxil edib, kontur vurmaq istədim. Lakin kartım geri qayıtmadı. Bankın müştəri xidmətlərinə zəng edərək vəziyyəti izah etdim. Bildirdilər ki, xarici kart qaytarılmır və qırıb atırlar. Ərizə yazdım və 1 həftə sonra zəng edib kartı qırdıqlarını dedilər. Prosedur bu cür imiş. Başqasının kartını icazəsiz qırıb atmaq nə dərəcədə doğrudur?! Sağ olsun öz bankım… “App”dan “chat” bölməsinə daxil olaraq vəziyyəti izah elədim və mənə yeni kart göndərdilər. Kapital bank mənə belə ziyan vurdu. Gör indi öz müştərilərinə nə çəkdirir”.

Məsələ ilə bağlı Kapital Bank-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Busaat.az-a açıqlamasında bildirib ki, bank müştərisi olmayan vətəndaşların üzləşdiyi problem mütləq şəkildə araşdırılır və müvafiq addım atılır:

“Əgər bankomatda qalan kart Kapital Banka məxsus deyilsə, müştəri öz bankına müraciət etməli və problemi qeyd etməlidir. Həmin bank bizə rəsmi sorğu göndərəndən sonra müştərinin kartı ilə olan eyniləşmə həyata keçirilir. Kart həqiqətən sahibinə məxsusdursa, bu halda kart geri qaytarılır”.

Bank rəsmisinin bu açıqlamasına reaksiya verən şikayətçi vurğulayıb ki, hadisə məhz onun qeyd etdiyi kimi baş verib. Yəni, müştərisi olduğu bankla heç bir əlaqə saxlanmadan, birbaşa kartını qırıb atıblar. Əgər Kapital Bank bu hadisəni təkzib edirsə, o halda müştərilərin məmnuniyyətini ölçmək üçün istifadə etdikləri səsyazmanı üzə çıxarsınlar. Belə olan halda kimin haqlı, kimin haqsız olduğu aydın görünəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki