Karlo Ançelotti David de Xeanın “Real Madrid”ə transferinə mane oldu

image-david-de-xeabackend

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti ispaniyalı qapıçı David de Xeanın Madrid klubuna keçidinə mane olub.

Busaat.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

Mənbə bildirir ki, Xeanın performans səviyyəsi italyan mütəxəssisi heyran etmədiyindən o, qapıçının xidmətindən imtina edib.

Qeyd olunur ki, “Real Madrid” hazırda “Sevilya”dan mərakeşli Yasin Bononun transferi üzərində işləyir.

Xatırladaq ki, “Real Madrid”in belçikalı qapıçısı Tibo Kurtua məşqdə ön çarpaz bağından zədə alıb və yaxın günlərdə əməliyyat olunacaq.

Qeyd edək ki, İspaniyalı qapıçı David de Xea bu yay “Mançester Yunayted”dən ayrıldıqdan sonra azad agent statusundadır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90