Kaxovka bəndinin dağıdılması nəticəsində 5 nəfər öldü – Rusiya

image-kapak_153705backend

Ukraynada Kaxovka bəndinin uçmasından sonra baş verən daşqın nəticəsində 5 nəfərin öldüyü bildirilib.

Busaat.az xəbər verir ki, Rusiyanın işğal etdiyi Xersonun Yeni Kaxovka şəhərinin qondarma məmuru Vladimir Leontiyev Kahovka bəndinin vurulmasından sonra bölgədə suyun səviyyəsinin artması nəticəsində baş verən sel fəlakəti ilə bağlı qiymətləndirmələr edib.

Kaxovka bəndinə yaxın olan Yeni Kaxovka şəhərində heyvan otaran 7 nəfərin su altında qaldığını bildirən Leontiyev deyib: “7 nəfərdən 5-i suda boğularaq həyatını itirdi. Qalan 2 nəfərin xilasetmə işləri davam edir”.

Xersonun qondarma əmək və sosial siyasət naziri Alla Barhatnova Rusiyanın “Rossiya 24” dövlət kanalına açıqlamasında daşqın nəticəsində ümumilikdə 41 nəfərin xəsarət aldığını bildirib.

Qeyd edək ki, İyunun 6-da Kaxovka bəndinin vurulmasından sonra Dnepr çayında suyun səviyyəsi sürətlə qalxmağa başlayıb.

Ukrayna və Rusiya rəsmiləri bəndin dağılmasında bir-birini günahlandırır.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90