Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 625 $▼3.81%
  • Ethereum1 838 $▼4.64%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Kərim Vəliyev Pakistandadır - FOTOLAR

image-2a97578c42829471924444bbff7d6042jpg-1732016247
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistanda keçirilən “IDEAS 2024” 12-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarında iştirak etmək üçün bu ölkəyə səfər edib.

Busaat.az Müdafiə Nazirliyindən alınan məlumata əsasən xəbər verir.

Məlumata görə, general-polkovnik K.Vəliyevin rəhbərlik etdiyi, Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli hərbi qulluqçularının da olduğu nümayəndə heyəti sərgidə nümayiş etdirilən müdafiə və təhlükəsizlik texnologiyaları, müxtəlif təyinatlı silah və hərbi texnika nümunələri ilə tanış olub.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanın Strateji Planlar Departamentinin Baş direktoru general-leytenant Yusuf Camal ilə görüşüb. Görüşdə hərbi, hərbi-texniki sahədə əməkdaşlığa dair müzakirələr aparılıb.

38 ölkənin, 350-dən artıq beynəlxalq nümayəndə heyətinin iştirakı ilə Kəraçi Ekspo Mərkəzində keçirilən sərgi çərçivəsində, həmçinin konfranslar və seminar təşkil olunacaq.

Qeyd edək ki, “IDEAS 2024” beynəlxalq sərgisi sülhün, stabilliyin və tərəqqinin birgə baxışını özündə ehtiva edir.

 

image-7c259c30461ded880a6d24e9d7456148jpg-1732016357 image-dfc27080f45199f879048e0b5649c19ejpg-1732016357 image-0b08ca8a5673c23effd960959f2bfe19jpg-1732016357 image-5b753db59a8aa9d3dbfd21700c3eb5fejpg-1732016357 image-5b3c9e898951dee5faaff9325bfa77aajpg-1732016357 image-932eb8a455a6df4d0d83198ab9c36820jpg-1732016357

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=152640