Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.42 $▲1.83%
  • WTI neft86.39 $▲1.62%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.206 $▲3.85%
  • Qızıl3 858 $▼0.49%
  • Gümüş47.35 $▼0.29%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 695 $▼1.73%
  • Ethereum1 788 $▼1.70%
  • S&P 5007 327▼1.25%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Hərbi

Kərim Vəliyev Pakistanın müdafiə naziri ilə görüşdü - Foto

image-mycollages_-_2023-05-25t102910-628
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Pakistanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Parlamentin Müdafiə Palatasını ziyarət edərək bu ölkənin federal müdafiə naziri Asif Muhammed Xavaca ilə görüşüb.

Busaat.az xəbər verir ki, Pakistanın müdafiə naziri Azərbaycanla Pakistan arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ölkəmizlə hərbi əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Dövlətlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərdə qarşılıqlı dəstək göstərdiyini qeyd edən nazir ölkələrimizin yerləşdiyi bölgələrdə yaranmış vəziyyət və yeni çağırışların hərbi əməkdaşlığımızın möhkəmləndirilməsini zəruri etdiyini diqqətə çatdırıb.

A.M.Xavaca hər iki ölkə ordularının döyüş qabiliyyətinin artırılması, bu sahədə təcrübə mübadiləsinin aparılması, habelə əldə olunan nailiyyətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Qəbula görə təşəkkürünü bildirən general-polkovnik K.Vəliyev Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını A.M.Xavacaya çatdırıb.

Baş Qərargah rəisi Pakistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu xüsusi qeyd edib.

General-polkovnik K.Vəliyev azad edilmiş ərazilərdə aparılan mühəndis və bərpa-quruculuq işləri, həmçinin Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə törətdiyi təxribatlar və bu təxribatlara qarşı görülən tədbirlər barədə Pakistanın müdafiə nazirinə ətraflı məlumat verib.

Tərəflər birgə təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, o cümlədən qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib, Azərbaycan ilə Pakistan arasında hərbi və hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110715