“Kiyev rejimi Putinə qarşı uğursuz sui-qəsd hazırlayıb”

image-188backend

“Kiyev rejimi anqlo-sakson sahiblərinin birbaşa iştirakı ilə Rusiya Prezidenti Vladimir Putinə qarşı uğursuz sui-qəsd hazırlamaqla məşğul olub”.

Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə danışıb.

“Ukrayna Baş Kəşfiyyat idarəsinin rəhbəri Kirill Budanovun açıqlamasına diqqət yetirdik. O, iyulun 13-də Ukrayna nəşrinə müsahibəsində Rusiya Prezidentinə qarşı uğursuz sui-qəsd cəhdləri barədə etiraf edib. Şübhə yoxdur ki, bu cür cinayətlər Kiyev rejiminin anqlo-sakson sahiblərinin birbaşa iştirakı ilə planlaşdırılıb və maliyyələşdirilib. Kollektiv Qərb bununla da Kiyev rejiminin cinayətkar fəaliyətinin iştirakçısına çevrilir”, – deyə diplomat qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki