Kiyev yayda hücuma hazırlaşır – Ağ Ev

image-34955385_0_27_3038_1736_1920x0_80_0_0_2ad039960cfb96d0512a17ef2bf6fae0-jpgbackend

Ukrayna bu yay hücuma keçəcək və ABŞ-dən erkən əlavə silah tədarükünə ümid edə bilər.

Busaat.az xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Biz istəyirik ki, Ukrayna yayda hücuma hazırlaşarkən özünü müdafiə etmək üçün lazım olan hər şeyə sahib olsun.Biz yay aylarında Ukraynaya hərbi texnikanın ötürülməsini, müdafiə sistemlərinin tədarükünü davam etdirmək niyyətindəyik”, – Kirbi deyib.

Hücumun konkret hansı tarixlərdə başlayacağı ilə bağlı sualı cavablandıran diplomat deyib: “ABŞ ordusu planlaşdırmanın əvvəlindən ukraynalı həmkarları ilə təmasdadır”.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki