“Sosial şəbəkələrdə dünəndən ermənilərin Xankəndi və digər əraziləri guya tərk edərək getmələri iıə bağlı videolara rast gəlinir. Bizim sosial şəbəkə seqmentində də bunlar paylaşılır. Başa düşüləndi hamı bu xainlərin getməsini istəyir. Amma bu videoların əksəriyyəti təxribat xarakterlidir və ehtiyatlı olmaq lazımdır paylaşarkən”.
Bu sözləri Busaat.az -a açıqlamasında Qaçqınların və Məcburi Köçünlərin İşləri üzrə Dövlət Komitəsi yanında ictimai şuranın sədri Anar Xəlilov söyləyib.
Şura sədri bildirib ki, “Əslində erməni hiyləgər təbliğat maşını tərəfindən yaradılır bunlar. Bəli köçüb gedənlər var amma bunlar yerli erməni əsilli vətəndaşlar deyil. İkinci Qarabağ savaşı zamanı Ağdərinin azad olunmuş kəndlərindən çıxan ermənilərin dediklərin xatırlamaq lazımdır. Onlar bildirirdilər ki, müxtəlif şirnikləndirici təkliflərlə Ermənistandan gətirilimiş vətəndaşlardır. İndi də tərk edib gedənlər Ermənistanın qanunsuz silahlı qruplaşmalarının üzvləri və 30 ildə Ermənistandan gətirilmiş qeyri qanuni məskunlaşan ermənilərdir. Yerli erməni əhalisinə Azərbaycan tərəfindən heç bir təhlükə yoxdur. Əksinə ərzaq və yanacaq verilir. Tibbi xidmət göstərilir. Artıq ekektrik enerjisi ilə təmin olunublar. Ermənilərin təxribatlarına qarşı ayıq olmalıyıq. Mənbəsi məlum olmayan xəbərləri yaymayaq. Paşinyan özü ilk təxribatı bu istiqamətdə etdi. Guya Qarabağda 40 min ailə var. Bu mümkün olan bir rəqəm deyil. Əslində bu dığa orda qanunsuz məskunlaşan Ermənistan vətəndaşlarının sayını bildiyindən belə fikir söylədi. Qarabağda yerli erməni əhalisi heç saysan 30-40 min olmaz. Bunlar şou ustalarıdır tarix boyu saraylarda xanlarımızı əyləndirməklə məşğul olanlardır. Bunların hiylələrinin hamısının qarşısı alınmalıdır. Ordumuz öz sözün deyir. Bu məsələlərə qarşı isə mübarizə Vətəndaş Cəmiyyətinin, KİV-nin və ziyalıların işidir. Köç məsələsinin ictimailəşdirilməsində bəzi məqamlarda diqqətli olaq”.