Kolumbiyada 5,5 bal gücündə zəlzələ baş verib

image-zelzelebackend

Kolumbiyanın qərbində 5,5 bal gücündə zəlzələ baş verib.

Busaat.az -ın əldə etdiyi məlumata görə, bu barədə Kolumbiyanın Geoloji Xidməti (SGC) məlumat yayıb.

Səlahiyyətlilər yerli vaxtla saat 16:45-də baş verən zəlzələnin episentrinin yerdən 30 kilometr dərinlikdə ölkənin Çoko inzibati bölgəsinin El Kanton del San Pablo olduğunu açıqlayıblar.

Yeraltı təkanın Çoko da daxil olmaqla, Valle del Kauka və Antiokia inzibati bölgələrində hiss olunduğu paylaşılıb.

Xatırladaq ki, ölkədə 6,3 bal gücündə sonuncu zəlzələ avqustun 17-də baş verib və bu zaman təşviş içində olan şəxs binanın 7-ci mərtəbəsindən özünü ataraq ölüb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki