Kolumbiyanın “Makako” ləqəbli hərbiləşdirilmiş qruplarının keçmiş rəhbəri qurbanlardan üzr istəyib

image-kolumbiya-bayragibackend

Bu günlərdə Kolumbiyanın xarici işlər naziri Alvaro Leyva Duran, Kolumbiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və vətəndaş cəmiyyəti təşkilatlarının üzvlərinin qatıldığı “Təkrarlanmama üçün həqiqət görüşünə” rəhbərlik edib. Görüşdə “Makako” ləqəbli hərbiləşdirilmiş qrupların keçmiş rəhbəri Karlos Mario Ximenez, Kolumbiya Birləşmiş özünümüdafiə qüvvələrinin komandiri kimi hərəkətləri və ölkəyə xələli barədə Xüsusi Sülh Yurisdiksiyasında (XSY) ətraflı izah etmək istədiyi bir neçə hadisəni açıqlayıb.

Bu barədə Busaat.az-a Kolumbiyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Nazir Leyva çıxışı zamanı Kolumbiyanın bütün guşələrində münaqişənin həqiqətinin axtarışında Xarici İşlər Nazirliyinin rolunu vurğulayaraq, təkrarlanmamanın bir qurum olmadığını, bunun dövlət siyasəti və həqiqət ilə bağlı olmasını qeyd edib. O, əmin edib ki, Kolumbiya dövləti beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi pozulması ilə bağlı həqiqəti, ədaləti, zərərin ödənilməsini və təkrarlanmamaq üçün tədbirləri öz imkanları daxilində mümkün olan vasitələrlə təmin etməlidir.

Öz növbəsində, Kolumbiya Birləşmiş özünümüdafiə qüvvələrinin Bolivar mərkəzi blokunun keçmiş lideri Karlos Ximenez qurbanlardan “cəmiyyətə, Bolivar mərkəzi blokunun fəaliyyət göstərdiyi icmalara vurduğu ziyana görə” və Kolumbiya xarici işlər nazirindən “Salvatore Mankuso” ilə birlikdə İvan Sepeda Kastro və Kolumbiyanın hazırkı prezidenti Qustavo Petro Urreqonu “təşkilatın hərbi hədəfi elan etmək” qərarına görə üzr istədi. “Bu hərbi əməliyyatlar uğursuz oldu və mən onları ətraflı şəkildə izah edəcəyəm” – o, vurğulayıb.

O, həmçinin “Salvatore Mankuso” ilə birlikdə Venesuela və Ekvadorla sərhəddə tapılan qurbanların qalıqlarını müəyyən etməyə kömək edəcəyini açıqlayıb.

Görüşdə İspaniya, İsveç, İsveçrə, Ekvador, Kuba, Qətər, Nikaraqua, Honduras, Argentina, Uruqvay, Kolumbiyadakı Dominikan Respublikasının nümayəndələri, həmçinin Kolumbiyadakı sülh prosesini dəstəkləmək missiyasının nümayəndələri, yerli hakimiyyət orqanları, icma birlikləri və Kolumbiya dövlətinin rəsmiləri iştirak ediblər. Bu görüş Xarici İşlər Nazirliyi tərəfindən təkrarsızlıq proqramı çərçivəsində keçirilən ikinci görüşdür. Birincisi, Norte de Santanderin Xuan Frio vilayətində baş tutub. Bu zaman keçmiş hərbi birləşmə rəisi Salvatore Mankusonun məhkəmədənkənar bəyanatı dinlənilib və bundan sonra Kolumbiya-Venesuela sərhədində itkin düşmüş şəxslərin axtarışı üçün İkitərəfli Texniki Komitə yaradılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki