Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor 2024-cü ilin yayında oktaqona çıxa biləcək.
Busaat.az “Report”a istinadən xəbər verir ki, bu barədə UFC prezidenti Deyna Uayt “Adam’s Apple” nəşrinə müsahibəsində bildirib.
O, dünən 35 yaşlı irlandiyalı idmançı ilə danışdığını söyləyib: “Konor hazırdır və döyüşmək istəyir. Lakin hələlik 6 ay gözləməli olacaq. Onu 2024-cü ilin yayında yenidən döyüşlərdə görə bilərik”.
Qeyd edək ki, Konor Makqreqor 2021-ci ildə ABŞ-dan olan Dastin Porye ilə görüşdə ciddi zədə almışdı.