Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft94.90 $▼3.50%
  • WTI neft88.12 $▼3.49%
  • Avropa qazı (TTF)83.81 €▼2.08%
  • Təbii qaz (ABŞ)3.007 $▼0.53%
  • Qızıl4 119 $▼0.36%
  • Gümüş52.78 $▼0.63%
  • Pambıq79.72 ¢▲1.75%
  • Buğda589.25 ¢▼0.38%
  • Bitcoin74 429 $▼0.40%
  • Ethereum2 117 $▼0.38%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

“Kontakt Home”dan 400 manata televizor aldı, bank 4360 manat istədi

image-untitled-design-2-jpg-1650289174
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Müştəri “Kontakt Home” mağazalar şəbəkəsindən (“ABC Telecom” MMC) 400 manata televizor alıb, “Yelo Bank” ASC ondan 4360 manat tələb edib.

Bu barədə Bakıvaxtı.az-a vətəndaş Mürsəlov Zamin Saqi oğlu bildirib.

O qeyd edib ki, 2019-cu ilin sentyabr ayında “Kontakt Home”dan televizor alıb: “Televizor “Yelo Bank” (keçmiş “Nikoil” bank) vasitəsilə kreditlə alınıb. 400 manat kredit götürülüb. Borcun 200 manatı ödənilib. Qalan məbləğ pandemiya, müharibə vaxtına düşüb deyə gecikmə olub.

Bu gün “Yelo Bank”a məbləğin tam ödənilməsi üçün müraciət etdikdə onlar borcun 4360 AZN olduğunu dedilər. Bəli, gecikmə var. Amma bu günə qədər məhkəmə qərarı, çağırış, bankdan bildiriş falan olmayıb.  200 manat hansı yolla 4360 AZN ola bilər? Bankdan bildirdilər ki, müqavilə əsasında hər gecikən günə görə 180 faiz dəbbə hesablanıb”.

“Yelo Bank”da Bakıvaxtı.az-a bildirilib ki, “Yelo Bank”  Z.Mürsəlova kredit verməyib: “Krediti başqa təşkilat verib. “Yelo Bank” həmin təşkilatdan kredit portfelini alıb. Məsələ araşdırılır, müştəri ilə əlaqə saxlanılacaq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=75450