“Kopenhagen” Sumqayıta gəlir

image-203563_8lw4z45a9abackend

Belarusun “Dinamo” klubunun Konfrnas Liqasının Liqa mərhələsindəki ev oyunlarını Azərbaycanda keçirəcəyi dəqiqləşib.

Busaat.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Minsk təmsilçisi 3 ev oyununu Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirəcək.

 

Sumqayıta gələcək komandalar “Kopenhagen” (Danimarka), “Harts” (Şotlandiya) və Şimali İrlandiya təmsilçisi “Larn”dır.

1-ci tur

3 oktyabr

20:45 “Dinamo” (Minsk, Belarus) – “Harts” (Şotlandiya)

4-cü tur

28 noyabr

21:45 “Dinamo” (Minsk, Belarus) – “Kopenhagen” (Danimarka)

5-ci tur

12 dekabr

21:45 “Dinamo” (Minsk, Belarus) – “Larne” (Şimali İrlandiya)

Qeyd edək ki, qarşılaşmalar azarkeşsiz keçiriləcək.

Xatırladaq ki, UEFA Ukraynadakı müharibə ilə əlaqədar Belarus klublarına ev oyunlarını doğma meydanda keçirmək qadağası qoyub. Bu səbəbdən onlar avrokubok matçlarında rəqiblərini neytral meydanda qəbul etməlidirlər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki