Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft94.78 $▼1.11%
  • WTI neft87.90 $▼0.75%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.160 $▼2.17%
  • Qızıl3 871 $▼0.39%
  • Gümüş47.44 $▼3.42%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda587.50 ¢▼0.97%
  • Bitcoin65 025 $▼0.24%
  • Ethereum1 820 $▼0.40%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Sağlamlıq

“Koronavirus təhlükəsi hələ sovuşmayıb, arxayın olmamalıyıq”

image-koronavirus
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“COVID-19 pandemiyası zamanı istər qlobal miqyasda, istərsə də Azərbaycandakı proseslərin gedişinə nəzər yetirsək görərik ki, dövlətimiz bu istiqamətdə bütün imkanlarını səfərbər etdi. Azərbaycan səhiyyə təşkilatları, o cümlədən dövlətin müvafiq qurumları pandemiya ilə mübarizədə Azərbaycan modelini ortaya qoydu”.

Busaat.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü,  Müşfiq Məmmədli deyib.

O söyləyib ki, Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə kifayət qədər uğur qazanmış ölkədir: “Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da dəfələrlə Azərbaycanın yanaşmasını bəyəndiyini bildirib. Hazırda ölkədə epidemioloji vəziyyət nəzarət altındadır. Bu, həm ölkəyə virusun daxil olmasının, həm də ölkə daxilində yoluxmanın qarşısının alınması istiqamətində aparılan tədbirlərin kifayət qədər uğurla həyata keçirilməsinin göstəricisidir. Vaksinasiya prosesində də Azərbaycanın qazandığı uğurlar danılmazdır”.

M.Məmmədli bildirib ki, payız-qız mövsümü, eləcə də COVID-19-un hələ də davam etməsi riskini nəzərə alaraq, təhlükə hələ sovuşmayıb: “Kütləvi peyvəndləmə hesabına insanlarda immunitet yüksəlib, müəyyən qədər də alovlanmalar sönüb. Buna arxayın olmamalıyıq, çünki xəstələnmə halları hələ də var. RNT tərkibli virusların mutasiya olunma riski pandemiya dövründə də olub”.

Deputat vurğulayıb ki, virusların davamlı mutasiyalara uğradığından ehtiyatlı olmaq və prosesi nəzarətdə saxlamaq lazımdır: “İstər yaxın, istərsə də uzaq xarici ölkələrdə müxtəlif ştamların meydana çıxması müşahidə olunur. Ermənistanda daha fərqli ştamın aşkarlanması hələ də risk faktorlarının qalmasının sübutudur. Yoluxuculuq qabiliyyəti yüksək və xəstəliyi daha ağır formada keçirməyə səbəb olan koronavirus mutasiyasının meydana çıxması təhlükəsi hər zaman var”.

Parlament üzvünün fikrincə, COVID-19 əleyhinə peyvənd olunan insanların immunitet yüksəldiyinə görə orqanizm törədici ilə daha intensiv mübarizə aparır, virusun özü də təkmilləşməyə doğru gedir: “İmmun reaksiyalara qarşı dözümlü ştamların mutasiyaya getmə ehtimalı var. Bütün bunlara baxmayaraq arxayınlaşmamalı, mübarizəyə davam etməliyik. Hələ də koronavirusla əlaqəli araşdırmalar davam edir. Çünki koronavirusa yoluxanlar bu gün də aşkarlanır. Təbii ki, həmin şəxslərə nəzarət olmalıdır. Xarici ölkələrdən gələn təhlükələri nəzarət altında saxlayan təşkilatlardan lazımı məlumatları almalı, bu istiqamətdə tədbirlər görülməlidir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=129595