Məzmuna keç
  • Brent neft110.09 $▲0.12%
  • WTI neft100.73 $▼0.11%
  • Avropa qazı (TTF)103.19 €▲5.83%
  • Təbii qaz (ABŞ)2.925 $▲0.83%
  • Qızıl3 917 $▲0.15%
  • Gümüş50.26 $▲0.36%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda602.00 ¢▼0.04%
  • Bitcoin78 026 $▼0.25%
  • Ethereum2 280 $▲0.38%
  • S&P 5007 580▼1.83%
18°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Sağlamlıq

Koronavirusla bağlı əhaliyə VACİB MƏLUMAT - Bu əlamət varsa...

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Payız-qış aylarında havanın soyuması, çirkliliyinin artması yoluxucu xəstəliklərin sayını artırır. Bu səbəbdən insanda yüksək temperatur koronavirusdan qaynaqlanmaya da bilər”.

Busaat.az xəbər verir ki,bu sözləri Redaktor.az-a açıqlamasında tibb eksperti, professor Adil Qeybulla hərarətin yüksəlməsinin koronavirusun əlaməti olub-olmaması haqda danışarkən deyib. O bildirib ki, qızdırma 37.5, 38 olarsa, mütləq təcili yardıma müraciət olunmalıdır:

“Koronavirusla soyuqdəymə xəstəliklərinin arasında müəyyən fərqlər olur. Belə ki, birində yuxarı tənəffüs yollarının katarı olur, digərində olmur. Burun axması, burun dolması, asqırma, bəlğəmin gəlməsi isə soyuqdəymənin əlamətləridir. Koronavirusda bu əlamətlər yoxdur. COVID-19 zamanı boğaz ağrısı, ümumi halsızlıq, yorğunluq, qızdırma, əzələ və bel ağrıları halları daha çox olur. Əgər qızdırma qalxırsa, adi vasitələrlə enmirsə, təbii ki, bu zaman xəstə ya təcili tibbi yardıma, ya da sahə həkiminə müraciət etməlidir.

Azərbaycanda koronavirusunun yayılması realdır

Hərarəti qalxan insan açıq havaya çıxdıqda isə mütləq maska taxmalıdır. Söhbət təkcə COVID-19-dan getmir, hər iki vəziyyətdə respirator infeksiyalarını yoluxdurma riski var”

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=27450