Koronavirusun dördüncü dalğası başlayır – Fəlakət olacaq / XƏBƏRDARLIQ

image-photo_128264backend

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (XNPM) direktoru Roşel Valenski Ağ evdə keçirilən iclasda ölkədə koronavirus pandemiyasının dördüncü dalğasının başlanmasına dair xəbərdarlıq edib.

Busaat.az xəbər verir ki, toplantıda ölkədəki epidemioloji vəziyyəti izah edən R.Valenski məruzədən kənara çıxaraq emosional danışmağa başlayıb.

“Hazırda sadəcə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru olaraq deyil, həyat yoldaşı, ana və övlad olaraq danışıram. Xahiş edirəm, bir az daha dözün. Fəlakətin yaxınlaşdığını bildirmək istəyirəm. Ümidli olmaq üçün xeyli potensial və inkişafımız var, ancaq hazırda sadəcə qorxuduğumu deyə bilərəm”, – o vurğulayıb.

R.Valenski ABŞ vətəndaşlarının COVID-19-a qarşı aparılan aşılamadan da danışıb: “Araşdırmalar göstərir ki, milli vaksinasiya kampaniyamız, həqiqətən də, effektivdir. Qarşımızdakı həftələrdə milyonlarla amerikalı peyvənd olunacaq”.

Xatırladaq ki, ABŞ-da indiyədək 31 milyondan çox insana COVID-19 diaqnozu qoyulub. Onlardan 563 min nəfər ölüb, 23 milyon çox pasiyent isə sağalıb. Yoluxma və ölüm hallarının sayına görə ABŞ dünyada birincidir. //Report.az

image-128264_6062e17804b4a

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90