“Rusiya 2027-ci ildə səlahiyyətlərinin icrasına başlaması planlaşdırılan Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni Baş katibi postuna argentinalı Rafael Qrossinin namizədliyini dəstəkləyir”.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qrossi hazırda Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) rəhbərlik edir.
“Biz MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi – Lenta.ru) ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk. Bu, konstruktiv təcrübədir, Ukrayna kontekstində çox çətin şəraitdə əməkdaşlıq təcrübəsidir”, – Kremlin sözçüsü qeyd edib.
Yeganə








