Kremlin sözçüsü: “Moskva Bakı və İrəvanla Laçın dəhlizinin həlli üzərində işləyir”

image-dmitri-peskovbackend

Rusiya Ermənistan və Azərbaycan tərəfləri ilə sistemli şəkildə Laçın dəhlizinin müxtəlif həll yollarını müzakirə edir.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiya tərəfi həm Bakı, həm də İrəvanla işini sistemli şəkildə irəli aparır. Biz bunu davam etdirəcəyik. Bu yaxınlarda Qarabağa humanitar yardımın ilk partiyası gəldi. Yeri gəlmişkən, çatdırılma Rusiya tərəfinin səyi nəticəsində təşkil olunub. Biz bu işi davam etdirəcəyik. Müxtəlif variantlar maraqlı tərəflərlə müzakirə edilir və işlənir”, – Peskov deyib.

Rusiya prezidenti Vladimir Putinin sentyabrın 12-də dediyi kimi, Ermənistan rəhbərliyi faktiki olaraq Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini tanıyıb. Lakin Praqa bəyanatında bunu sadəcə olaraq kağız üzərində qoyub. Eyni zamanda, belə bir kontekst humanitar komponent və Rusiya sülhməramlılarının bölgədəki mandatı ilə bağlı suallar doğurur”, – Kremlin sözçüsü vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki