Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 220 $▼1.47%
  • Ethereum1 907 $▼1.07%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

KTMT Ermənistana yardım göstərilməsi ilə bağlı qərarı razılaşdırıb – Baş katib

image-_rus0331-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi ilə bağlı layihəsi ümumən razılaşdırılıb.

Busaat.az xəbər verir ki, bu barədə KTMT-nin Baş katibi Stanislav Zas İrəvanda KTMT-nin xarici işlər nazirləri, müdafiə nazirləri və təhlükəsizlik şuraları katiblərinin birgə iclası zamanı bildirib.

“Ermənistanın və digər iştirakçıların sülh sazişinin əldə edilməsi, sərhədlərin qanuni formalaşdırılması və nəqliyyat kommunikasiyalarının açılması istiqamətində səyləri Qafqaz regionunda müsbət rol oynayır. Bu arada Ermənistan-Azərbaycan sərhədində gərginlik müşahidə olunur” – deyə, KTMT rəhbəri bildirib.

Zas bildirib ki, KTMT-nin böhrana cavab mərkəzinin verdiyi məlumatlar Ermənistan-Azərbaycan sərhədində demək olar ki, hər gün atışmaların getdiyini təsdiqləyir. “Buna görə də, Kollektiv Təhlükəsizlik Şurasının üç fövqəladə sessiyasının (may, sentyabr və oktyabr aylarında) müzakirələri Ermənistan üçün yaranan təhlükələrə həsr olunmuşdu. Ümumiyyətlə, Kollektiv Təhlükəsizlik Şurasının KTMT monitorinq missiyasının rəy və tövsiyələri əsasında Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsi razılaşdırılıb” – deyə, Məlumatda bildirilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91543