Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 024 $▲1.43%
  • Ethereum1 828 $▲3.36%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Cəmiyyət

Kürdəmirdə 8-ci sinif şagirdi ərə verilir? - TƏFƏRRÜAT

image-1702281393_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Kürdəmir rayonunun Muradxan kəndində 8-ci sinif şagirdinin ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar olaraq araşdırmalara başlayıb.

Busaat.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, evliliyə cəlb olunduğu iddia edilən hər iki şəxsin valideynləri Kürdəmir Rayon Polis Şöbəsinə dəvət olunub.

Araşdırmalar zamanı məktəbli qızın ərə verilməsi faktı təsdiqini tapmayıb: “Sadəcə olaraq ailələrin övladları üçün kiçik nişan mərasimi təşkil etdikləri məlum olub və valideynlər qanunla nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra onların toy mərasiminin keçiriləcəyini bildiriblər”.

T.Mərdanoğlu bununla yanaşı bildirib ki, yetkinlik yaşına çatmayan şəxsin ailə qurmasına cəlb edilməsinin yolverilməzliyi və qanunla qadağan olunduğunu hər iki şəxsin valideynlərinin diqqətinə çatdırıldığını söyləyib.

Dövlət Komitəsinin sözçüsü məktəbli qızın hazırda dərslərinə davam etdiyini vurğulayıb.

O həmçinin əlavə edib ki, məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası nəzərdə tutulub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=130322