Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.25 $▼0.62%
  • WTI neft88.29 $▼0.30%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.163 $▼2.07%
  • Qızıl3 882 $▼0.10%
  • Gümüş48.66 $▼0.94%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 121 $▲1.58%
  • Ethereum1 829 $▲3.41%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Maqazin

“Kurtlar Vadisi”nin Güllü Erhanı Bakıda

image-kurtlar
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialının baş qəhrəmanlarından biri olan aktyor Erhan Ufak Bakıya gəlib.

Busaat.az xəbər verir ki, Erhan Ufak Teleqraf.com-un suallarını cavablandırıb.

– Erhan bəy, ölkəmizə ilk dəfə gəlirsiniz?

– Azərbaycana bir neçə dəfə gəlmişəm. Biz yad ölkəyə gəlməmişik, sanki öz vətənimizə ayaq basmışıq. Amma təbii ki, həyəcan keçirirəm, hər dəfə gələndə eyni hissləri yaşayıram.

– Sizin yaradıcılığınızda “Kurtlar Vadisi” serialı xüsusi rol oynayıb. Fəaliyyətinizdə serialın önəmi nədən ibarətdir?

– “Kurtlar Vadisi” serialı bizim adımızı tanıdan, məşhurlaşdıran layihədir.

– “Kurtlar Vadisi” serialının davamı olaraq “Kurtlar Vadisi Xaos”un çəkilməsi haqqında xəbərlər yayılmışdı. Bu, nə dərəcədə doğrudur?

– Hələ ki dəqiq məlumatımız yoxdur. Bu haqda serialı çəkən şirkət qərar verir. Əgər serialın davamı çəkiləcəksə, xəbər verəcəklər. Birlikdə bu haqda öyrənəcəyik. Hələlik serialın davamının çəkilməsi haqqında məlumatsızam.

– “Kurtlar Vadisi Xaos” serialı çəkilərsə, layihədə yer alacaqsınızmı?

– Serial çəkiləcəksə, layihədə yer alacam.

– Aktoy Necati Şaşmazla dostluq münasibətiniz davam edirmi?

– Hər hansı problemimiz yoxdur. Münasibətimiz çox gözəldir. Hazırda pandemiya dönəmidir. Bütün serial və proqramların yayımı dayandırılıb. Bütün aktyorların, eləcə də mənim həmkarlarımızla çox gözəl münasibətimiz var.

– 14 il “Kurtlar Vadisi” serialında çəkilmisiniz. Belə bir layihədə yer almaq sizin üçün nə deməkdir?

– 14 il davam etmək başqa bir hisdir. İnsanlar səni sevir, tanıyır. Dünyanın hansısa ölkəsinə gedən zaman səni tanıyırlar, hörmət edirlər, sevirlər.

 

– Hazırda Türkiyə seriallarında dram janrına daha çox üstlünlük verilməyə başlanılıb…

– Bunun da müddəti var. Bəlli, bir dönəmdə sevgi, komediya janrı üstünlük təşkil edirdi. Seriallar insanların marağına hesablanır. Həmin layihə tutduqdan sonra davamı çəkilir.

– Türkiyədə “Netflix” sosial platforması üstünlük təşkil edir. Sizə televiziya, yoxsa sosial platformada yer almaq daha asandır?

– Aktyor kimi fəaliyyət göstərirsənsə, hansısa çərçivə olmamalıdır. Televiziya da, platforma da ola bilər.

– Sizi Azərəbaycanda “Kurtlar Vadisi” serialının Güllü Erhanı kimi tanıyırlar. Ölkəmizdə sizə münasibət necədir?

– Adımla da, obrazımla da müraciət edirlər. Adım Erhan Ufakdır, obrazım isə Güllü Erhan. Ona görə hər hansı çətinliyim yoxdur.

– Türkiyənin tanınmış şirkəti olan “Osman Sınav” Qarabağla bağlı film çəkəcək.

– Bu haqda Bakıya gələrkən məlumat verdilər. İnşallah, film çəkərlər. Çox gözəl bir layihədir.

– Qarabağla bağlı layihədə yer almaq istərdinizmi?

– Təbii ki, böyük məmnuniyyətlə…

– Vətən müharibəmizdə qalib gəldik. Təəssüratlarınız necədir?

– Qarabağ bizim məbədimizdir. Qarabağ bizimdir və heç kimə verməyəcəyik.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=44043