Salyanda Kür Çayının sahilindən meyit tapılıb.
“Qafqazinfo” xəbər verir ki, müayinə zamanı meyitin rayonun Yenikənd sakini Cəmaləddin Həsənov olduğu müəyyən edilib.
60 yaşlı C. Həsənovun şərti məhkum edildiyi, ayağında elektron qolbaq daşıdığı məlum olub.
Onun üzərində hər hansı xəsarət izi aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.