Kuryer çantasından təxminən 800 illik mumiya tapıldı – FOTO

image-61af7ac52d295370492c5281c7ba1a40fec9d5d7backend

Peruda polis soyuducuda saxlanılan kuryer çantasında 600-800 yaşı olduğu güman edilən mumiya tapıb.

Busaat.az xəbər verir ki, Peruda polis ölkənin cənubundakı Puno şəhərində tərk edilmiş parkda içki içən üç nəfərin yanında kuryer çantasında mumiya tapıb.

Puno bölgəsi Milli Polisinin sözçüsü Marko Antonio Orteqa mumiyanın 26 yaşlı bir şəxsin daşıdığı qırmızı sifariş qutusunun içərisində tapıldığını söyləyib.

Mumiyanı özü ilə aparan Xulio Sezar Bermejo yerli mətbuata açıqlamasında “Juanita” adlandırdığı mumiyanı “mənəvi sevgilim” kimi təsvir edib.

“Mumiya evdə mənim otağımdadır. Birlikdə yatırıq. Ona baxıram”, – Bermajo deyib.

Polis Bermejonun həbs edildiyini bildirib. Digər tərəfdən, Peru xəbər agentliyi Andina mumiyanın yetkin bir kişiyə aid olduğunun düşünüldüyünü açıqlayıb.

Milli mədəni sərvət kimi təsnif edilən mumiya Peru Mədəniyyət Nazirliyinin nəzarətinə götürülüb.

Peru İnka İmperiyasından əvvəl və sonra çiçəklənən müxtəlif sivilizasiyalara aid yüzlərlə arxeoloji tapıntıya ev sahibliyi edir.

2021-ci ildə arxeoloqlar ölkənin paytaxtı Lima yaxınlığındakı bir ərazidə yaşı 800-1200 arasında olduğu təxmin edilən başqa bir mumiya tapıblar.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki