Peruda yol qəzası: 10 nəfər ölüb, 9-u yaralanıb

image-perubackend

Cənubi Amerika ölkəsi Peruda sərnişin mikroavtobusu yük maşını ilə toqquşub.

Busaat.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Mənbə bildirib ki, Arekipa şəhərinin Panamerikana cənub magistralında sərnişin mikroavtobusu qarşı tərəfdən gələn yük maşını ilə toqquşub.

Qəzada 2-si uşaq olmaqla 10 nəfər ölüb,  9-u isə ağır xəsarət alıb. Yaralılar ətraf xəstəxanalara çatdırılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90