Laçına ilk köç başladı – Video – Fotolar

image-lacinbackend

31 illik həsrətdən sonra işğaldan azad olunmuş Laçın şəhərinə ilk köç başlayıb. 

Busaat.az Laçın Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, 20 laçınlı ailədən ibarət köç karvanı (97 nəfər) doğma torpaqlara yola düşüb.

“Böyük Qayıdış” çərçivəsində 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulub.

Xatırladaq ki, Laçın 1992-ci il mayın 18-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşmüşdü. Həmçinin 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşüb.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarından sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan üçtərəfli bəyanata müvafiq olaraq dekabrın 1-də Laçın rayonu boşaldılaraq Azərbaycana təhvil verilib.






Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki