image-busaat_banner_2000x150
image-busaat_banner_1200x75

Laçında cüyür ovlayıb məclis qurdular – Video

image-lac-n-cuyurbackend

Sosial şəbəkədə “Ecofront” adlı səhifədə Laçın rayonunda iki şəxsin cüyür kəsməsi ilə bağlı görüntülər paylaşılıb.

Busaat.az xəbər verir ki, Vüqar və Aqil adlı şəxslər cüyür ovlayaraq onun ətindən kabab hazırlayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məsələ barədə Oxu.az-a açıqlamasında qeyd edib ki, sözügedən görüntü ilə bağlı təqsirkarların tapılması və barələrində tədbir görülməsi üçün xidmət tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanıb.

Xatırladaq ki, cüyür Azərbaycanın “Qırmızı kitab”ına düşdüyü üçün ovlanmasına icazə verilmir.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90