Latviya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti – SİYAHI

image-img_5729backend

Latviya yığmasının yoldaşlıq görüşü çərçivəsində iyunun 7-də Azərbaycan millisinə və DÇ-2026-nın seçmə mərhələsində iyunun 10-da Albaniyaya qarşı keçirəcəyi ev oyunları üçün heyəti açıqlanıb.

Busaat.az xəbər verir ki, baş məşqçi Paolo Nikolati heyətə 25 futbolçu cəlb edib.

Qapıçılar: Rixard Matreviç, Krişyanis Zviedris, Frenk David Orols;

Müdafiəçilər: Antoni Çernomordi, Krister Tober, Vitali Yaqodinski, Robert Savalniek, Andrey Çiqanik, Raivi Andris Yurkovski, Daniel Balodis, Denis Melnik, Maksim Tonişev;

Yarımmüdafiəçilər: Alvis Yaunzem, Aleksey Savelyev, Eduard Daşkeviç, Qleb Zaleyko, Kristap Qrabovski, Krister Penkeviç, Renar Varslavan, Dmitri Zelenkov, Lukas Vapne;

Hücumçular: Yanis Ukaunyek, Vladislav Qutkovski, Marko Reqza, Bruno Melnis.

Qeyd edək ki, Latviya – Azərbaycan oyunu iyunun 7-də, Bakı vaxtı ilə saat 17:00-da Riqada yerləşən “Skonto” stadionunda keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki