“Barselona”nın hücumçusu Robert Levandovski, “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne və “Real”ın müdafiəçisi David Alaba Səudiyyə Ərəbistanına getmək istəməyib.
Busaat.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Mənbə bildirib ki, üç futbolçuya ərəb klublarından bir neçə təklif gəlibvə üçü də imtina edib. Jurnalistin sözlərinə görə, konkret klublar siyahıda yoxdur.
Levandovski “Barsa”da, De Bruyne “Siti”də qalmaq istəyib. Alaba isə, təklifləri nəzərdən keçirmək belə istəməyib.
Kevin De Bruyne karyerasını “Mançester Siti”də başa vurmaq istədiyi üçün Səudiyyə Ərəbistanı çempionatına keçmək üçün gələn bütün təklifləri rədd edəcəyi daha əvvəl bildirilmişdi. De Bruyne Mançesterdəki həyatdan tamamilə razıdır.
Xatırladaq ki, belçikalı yarımmüdafiəçi 2015-ci ildə “Siti”nin futbolçusu olub. Bu müddət ərzində o, Premyer Liqada 243 matçda iştirak edib, 64 qol vurub, 107 məhsuldar ötürmə edib.