Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 724 $▲0.96%
  • Ethereum1 814 $▲2.60%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Libby: "ABŞ şirkətləri Azərbaycanın bərpa olunan enerji sektorunda iştirak etməkdə maraqlıdır"

image-2f0088ed-4821-3d28-a308-13880ac498ba_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ şirkətləri Azərbaycanın bərpa olunan enerji sektorunda və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməkdə maraqlıdır.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

“Səfir Mark Libby “Baker Hughes” şirkətinə baş çəkərək ölkə nümayəndəsi Zaur Allahverdizadə və digər rəhbər şəxsləri ilə görüşüb. ABŞ şirkəti və neft-qaz avadanlığı və xidmətlərinin əsas tədarükçüsü olan “Baker Hughes” Azərbaycan şirkətində 300-dən çox işçi çalışır və “SOCAR Upstream” ilə sıx əməkdaşlıq edir”, – paylaşımda qeyd olunub.

Səfir “Baker Hughes”in “yaşıl enerji” təşəbbüsləri, müxtəliflik və inklüzivlik siyasəti haqqında məlumat əldə edib. M. Libby, “yaşıl enerji” üçün tənzimləyici çərçivənin vacibliyini qeyd edib və ABŞ şirkətlərinin Azərbaycanın bərpa olunan enerji sektoruna marağını vurğulayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=138757