Litva Belarusla sərhədini yenidən bağlamağı planlaşdırmır

image-10backend

Litva hökuməti Belarusla sərhədi yenidən bağlamağı planlaşdırmır.

Busaat.az xəbər verir ki, Litvanın “LRT” agentliyinin məlumatına görə, bunu dekabrın 2-də baş nazirin sözçüsü İqnas Dobrovolskas İnqa Ruqiniene bildirib.

Əvəzində dövlət orqanları fiziki şəxslərə və müəssisələrə əməli yardım göstərməklə yanaşı, əlavə tədbirləri qiymətləndirməyə də diqqət yetirir.

“Hökumət hazırda Belarusla sərhədin bağlanması məsələsini nəzərdən keçirmir. Hazırda diqqətimizi insanlara və biznesə necə effektiv kömək etmək məsələsinə yönəldirik. Biz vəziyyəti gündəlik qiymətləndiririk və nəticə verə biləcək əlavə tədbirləri nəzərdən keçiririk”, – Dobrovolskas deyib.

Belə tədbirlər sırasında o, gecə uçuşlarının Vilnüs hava limanından ölkənin digər hava limanlarına, məsələn, Kaunasa köçürülməsi, yerli qaçaqmalçılıq şəbəkələrinə qarşı mübarizənin davam etdirilməsi, diplomatik kanallardan fəal istifadə imkanlarını qeyd edib.

Yeganə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki