“Liverpul” “Bavariya”nın yarımmüdafiəçisi Qravenberhi almaq niyyətindədir

Rayan Qravenberhbackend

“Liverpul” “Bavariya”nın və Hollandiya millisinin yarımmüdafiəçisi Rayan Qravenberhlə müqavilə imzalaya bilər.

Busaat.az xəbər verir ki, bu barədə jurnalist Santi Una öz sosial media hesabında yazıb.

Mənbənin məlumatına görə, futbolçunun özü də “Enfild”ə keçməyə açıqdır. Mersisaydlılar hələ ki, “Bavariya”ya rəsmi təklif göndərməyiblər. Amma buna baxmayaraq, “qırmızılar”ın nümayəndələri futbolçunun ətrafı ilə aktiv şəkildə əlaqə saxlayırlar.

Bildirilir ki, 21 yaşlı yarımmüdafiəçiyə Premyer Liqanın digər klubu – “Mançester Yunayted” də iddialıdır.

2022/2023 mövsümündə  Qravenberh Bundesliqada “Bayern” üçün 24 oyun keçirdi və təsirli hərəkətləri ilə seçilmədi. Futbolçunun Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt internet portalı oyunçunun təxmini dəyərini 30 milyon avro olaraq qiymətləndirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki