
“Liverpul” “Real”a, “Ayntraxt” “Napoli”yə qarşı
Bu gün Çempionlar Liqasında 1/8 finalın ilk oyunları çərçivəsində növbəti matçlar keçiriləcək.
Busaat.az xəbər verir ki, bu gün daha 2 görüş oynanılacaq. “Liverpul” “Real”ı, “Ayntraxt” “Napoli”ni qəbul edəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunları martın 15-i keçiriləcək.
21 fevral
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
00:00. “Liverpul” (İngiltərə) – “Real” (İspaniya)
Liverpul, “Enfild” stadionu
00:00. “Ayntraxt” (Almaniya) – “Napoli” (İtaliya)
Frankfurt, “Frankfurt” stadionu.























