“Bavariya”nın və Braziliya millisinin sabiq futbolçusu Lusio məişət hadisəsindən sonra xəstəxanaya yerləşdirilib.
Busaat.az xəbər verir ki, bu barədə “Globo” məlumat verib.
47 yaşlı keçmiş müdafiəçi yanıq xəsarətləri ilə Brazilia şəhərindəki xəstəxanaya aparılıb.
Lusionun aparıldığı xəstəxana qəza ilə bağlı təfərrüatı açıqlamasa da, onun huşsuz vəziyyətdə reanimasiya şöbəsinə çatdırıldığını və vəziyyətinin stabil olduğunu bildirib.
Qeyd edək ki, Lusio “Bayer Leverkuzen”, “Bavariya” və “İnter”dəki çıxışları ilə tanınır. O, 2002-ci il dünya çempionu və 2010-cu il Çempionlar Liqasının qalibidir.
Lusio Braziliya millisində 105 oyun keçirib və 4 qol vurub. O, karyerasını 2020-ci ildə bitirib.