Maduro ilə bağlı ŞOK DETAL: Həbsindən əvvəl…

image-d12f3b5c172300550422239946210403865backend

ABŞ 2025-ci il dekabrın 23-də Venesuela Prezidenti Nikolas Maduroya ölkəsini tərk edərək Türkiyəyə getməyi təklif edib.

Oxu24.com xəbər verir ki, bu barədə “The New York Times”-a (NYT) adı açıqlanmayan ABŞ rəsmisi məlumat verib.

Lakin Venesuela Prezidenti bu planı “qəzəblə rədd edib”. Nikolas Maduronun reaksiyasından aydın olub ki, o, Vaşinqtonun təkliflərini ciddi şəkildə nəzərdən keçirməyi planlaşdırmır.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını ələ keçirib. Hazırda Venesuela Prezidenti və həyat yoldaşı Nyu-Yorka gətirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki