“Nürnberq”dən ayrılan Mahir Emreli üçün Almaniya mətbuatı yeni iddia ortaya atıb.
Busaat.az “Kicker” nəşrinə istinadən xəbər verir ki, 2-ci Bundesliqanın “Fortuna Düsseldorf” klubu yeni hücumçu axtarır. Düsseldorf təmsilçisi üçün üç namizəd var: Fatih Kaya, Sedrik İtten və Mahir.
Azərbaycan yığmasının hücumçusu ilə, eyni zamanda, “Kayzerslautern” və adı açıqlanmayan Bundesliqa klubu maraqlanır.
Xəbərdə, eyni zamanda, M.Emrelinin şəxsi səbəblərə görə Almaniyada qalmaq istədiyi bildirilir.